İran: ABŞ ilə danışıqlarda müvəqqəti razılaşma gündəmdə olmayıb
İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəkayi, ABŞ ilə aparılan danışıqlarda hər hansı bir müvəqqəti razılaşmanın gündəmə gəlmədiyini bildirib.
Bəkayi paytaxt Tehranda keçirdiyi mətbuat konfransında ölkəsinin xarici siyasət gündəmini və regional inkişafları dəyərləndirib.
ABŞ ilə danışıqlar prosesi ilə bağlı sualları cavablandıran Bəkayi, ABŞ Prezidenti Donald Trampın danışıqlara dair nikbin açıqlamaları ilə bağlı bunları deyib:
“Əgər ABŞ-nin məqsədi İranın nüvə proqramının dinc məqsədlərlə məhdudlaşdırılmasıdırsa, bu məqsədə çatılacaq. Biz nüvə enerjisindən hərbi məqsədlərlə istifadəni heç vaxt hədəfləmədik.
Lakin məqsəd İranın Nüvə Silahlarının Yayılmasının Qarşısının Alınması Müqaviləsi (NPT) çərçivəsindəki ayrılmaz hüquqlarının – aşağı səviyyəli uranın zənginləşdirilməsi fəaliyyətinin – əlindən alınmasıdırsa, bu prosesin nəticə verəcəyinə inanmırıq”.
Beynəlxalq mediada yayılan, ehtimal olunan bir razılaşmanı asanlaşdırmaq məqsədilə İranın 3 il müddətinə uran zənginləşdirmə fəaliyyətini dayandıra biləcəyi ilə bağlı xəbərlərə münasibət bildirən Bəkayi, “Xeyr, belə bir şey qətiyyən yoxdur”, – deyə cavab verib.
Haber Global
Nuray Əliyeva