00:00:00
Yazar
Nərmin Həşimova
27.07.2026 17:49 28 1 dəq oxuma
Siyasət

İran ABŞ ilə dialoqun davam etdiriləcəyini açıqlayıb

İran ABŞ ilə dialoqun davam etdiriləcəyini açıqlayıb

İran ABŞ ilə dialoqun davam etdiriləcəyini açıqlayıb.


Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında politoloq Oqtay Qasımov bildirib ki, ABŞ və İran qarşılıqlı zərbələrin endirilməsini dayandırıblar: 


“ABŞ tərəfində, o cümlədən bu gün İran tərəfi də bəyan edir ki, onlar da dialoqun tərəfindədirlər. Doğrudur, bu, birbaşa dialoq olmasa da, vasitəçilər üzərindən aparılan danışıqlardır. Əlbəttə ki, bütün hallarda danışıqların aparılması müsbət hal sayılmalıdır. Sadecə olaraq, bu danışıqlar əgər real nəticəyə gətirib çıxaracaqsa, o zaman effektiv danışıqlar hesab oluna bilər. Amma hazırkı şəraitdə görünən odur ki, nə ABŞ, nə də İran tərəfi real danışıqlara və nəticələrə gətirib çıxaracaq danışıqlara hazır deyillər. Əgər əvvəlki periodda olduğu kimi, yenə vaxt qazanmaq və danışıqlar prosesindən istifadə edərək prosesi uzatmaq niyyəti olacaqsa, şübhəsiz ki, bu vəziyyət ciddi və real dəyişikliklərə gətirib çıxarmayacaq. Yox, əgər tərəflər doğrudan da konservativ şəkildə danışıqlara, müzakirələrə başlasalar və ya buna konservativ yanaşsalar, o zaman real nəticələr əldə oluna bilər. Amma hesab edirəm ki, yaxın perspektivdə ABŞ və İran arasında real razılaşma olmayacaq”.


Nurgün Qənizadə

#yeni #gündəm #davam #xəbər #açıqlayıb
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər