İran, ABŞ-nin atəşkəs təklifini rədd edib
Tehran rəhbərliyi ABŞ-nin vasitəçi ölkələr vasitəsilə təqdim etdiyi müvəqqəti atəşkəs təklifini qəbul etməyib.
İran ABŞ-nin müvəqqəti atəşkəs məsələsini də əhatə edən təklifini iki həftə ərzində dəyərləndirdikdən sonra rədd etdiyini, ABŞ-ə məxsus nəqliyyat təyyarələrinin İsfahanda vurulması hadisəsindən sonra Pakistan vasitəsilə bildirib.
İran müvəqqəti atəşkəs təklifinə verdiyi on maddəlik cavabda öz şərtlərini də irəli sürüb.
Bu şərtlər arasında müharibənin tam və daimi şəkildə dayandırılması, sanksiyaların ləğvi və Hörmüz boğazından təhlükəsiz keçid protokolunun təmin edilməsi məsələləri yer alır.