00:00:00
Yazar
Admin User
30.06.2025 10:16 116 1 dəq oxuma
Dünya

İran ABŞ-nin BAEA-nın rəhbərinə sui-qəsd planı ilə bağlı ittihamlarına cavab verib

İran ABŞ-nin BAEA-nın rəhbərinə sui-qəsd planı ilə bağlı ittihamlarına cavab verib

 

İranın BMT-dəki daimi nümayəndəsi Əmir Səid İrəvani ABŞ-ninn Tehranın Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) baş direktoru Rafael Qrossini zərərsizləşdirməyi planlaşdırdığı ilə bağlı irəli sürdüyü ittihamları qətiyyətlə rədd edib.

 

"İnformator.az" xəbər verir ki, iranlı diplomat bu barədə "CBS News"a verdiyi müsahibədə danışıb.

 

"BAEA-nın baş direktoruna qarşı heç bir təhlükə yoxdur", - deyə İrəvani vurğulayıb.

 

Onun bu açıqlaması ABŞ dövlət katibi Marko Rubionun son bəyanatlarına cavab olub. Rubio İran daxilində Qrossinin həbsi və ya ona qarşı sui-qəsd çağırışlarını "qəbuledilməz" adlandırıb.

 

İrəvani etiraf edib ki, İran BAEA-nın fəaliyyətini tənqid etməyə davam edəcək, lakin bildirib ki, Rafael Qrossiyə yönəlmiş hər hansı təhdid yalnız fərdi şəxslərin mövqeyini əks etdirə bilər və İran hökumətinin rəsmi mövqeyi deyil. Diplomat əlavə edib ki, agentliyin müfəttişləri hazırda təhlükəsizlikdədir, lakin hələlik fəaliyyətlərini tam şəkildə bərpa edə bilmirlər.

 

Xatırladaq ki, daha əvvəl İran hökuməti BAEA rəhbəri Rafael Qrossinin ölkənin nüvə obyektlərinə girişinə icazə verilməməsi barədə qərar qəbul edib. Həmin qərar, həmçinin agentliyin obyektlərdəki videomüşahidə imkanlarının dayandırılmasını da əhatə edir.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər