00:00:00
Yazar
Güllər Gülhüseynova
24.08.2026 20:28 157 1 dəq oxuma
Siyasət

İran ABŞ-nin sanksiyalarına qoşulan ölkələri hədələyib

İran ABŞ-nin sanksiyalarına qoşulan ölkələri hədələyib

İran ABŞ-nin sanksiyalarına qoşulacaq ölkələrin neft ixracı marşrutlarını hədəfə ala biləcəyini açıqlayıb.

 

Mövzu ilə bağlı”İnformator.az”a açıqlamasında Oqtay Qasımov bildirib ki,İranın ABŞ-nin sanksiyalarına qoşulacaq ölkələri hədəfə alması yeni deyil və şübhəsiz ki, İranın blokadaya alınması, ona qarşı iqtisadi sanksiyaların tətbiq edilməsi ölkə üçün kifayət qədər ciddi nəticələrə gətirib çıxara bilər:

 

“Əlbəttə ki, İran bu sanksiyaları dəstəkləyən ölkələri hədəf alarsa, bu, regionda vəziyyətin yenidən gərginləşməsinə səbəb olacaq. Amma düşünürəm ki, bu hədə-qorxu ilə İranın öz məqsədlərinə çatması real görünmür”.

 

Oqtay Qasımov qeyd edib ki,İran əslində region ölkələri ilə münasibətləri normallaşdırmaq və onlarla normal təmas qurmaq əvəzinə, onları təzyiq altında saxlamaq və təhdid yolu ilə danışmaq yolunu seçir:

 

"Bu isə istər-istəməz həmin ölkələrin İranla bağlı məsələlərdə daha ehtiyatlı mövqe tutmasına, öz maraqlarını qorumasına və bir çox hallarda İranı zəiflətməyə yönəlmiş planlara qoşulmasına səbəb ola bilər.İran belə bir addım atarsa, şübhəsiz, bu, regionda vəziyyətin daha da gərginləşməsinə səbəb olacaq".


Nurgün Qənizadə

#baki #azərbaycan #qoşulan #sanksiyalarına
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər