00:00:00
Yazar
Zəhra Həsənova
18.08.2026 16:48 24 2 dəq oxuma
Siyasət

“İran ABŞ və İsrailin boğazında qalmış tikədir” - ŞƏRH

“İran ABŞ və İsrailin boğazında qalmış tikədir” - ŞƏRH

Vaşinqtonun əsas məqsədlərindən biri İranın nüvə silahı əldə etməsinə yol verilməməsidir.

 

 

Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında politoloq Tural İrfan bildirib ki, İranın mövcud rejiminə qarşı ABŞ və İsrailin aqressiv addımları davam edəcək:

 

 

“Nüvə silahı məsələsi sadəcə bəhanədir. Vaxtilə İraqa qarşı da eyni iddia və ittihamları səsləndirirdilər. İran isə hələ nüvə silahına sahib olmamışdan regionda gərginliyin davamiyyətini saxlaya bilir. Nüvə silahına sahib olsa bu daha ağır nəticələrə gətirə bilər. Təkcə ABŞ və müttəfiqləri üçün deyil, digər müsəlman ölkələri üçün də mənfi nəticələr ortaya çıxar. İranın bu silaha sahib olmasının qarşısının alınması ilk öncə bölgədə sülhün bərqərar olmasına vəsilə ola bilər. Çünki İsrailin nüvə silahı var və bu, heç nəyi həll etmir. İran İsraili çəkinmədən vurur, bombalayır. İranın da bu silaha sahib olması regionda hansısa problemi həll etməyəcək, yalnız gərginlik artacaq”.

 

 

 

Politoloq qeyd edib ki, indiki vəziyyətdə ABŞ və İsrailin Qəzza məsələsini həll etmədən İrana qarşı yönəlmiş olmaları problemi dalana dirəyir:

 

 

"Aydın haqsızlıq göz önündədir. Buradan nəticə çıxır ki, ABŞ və İsrail İranı sıradan çıxardıqdan sonra növbəti ölkələrə qarşı yönələcəklər ki, bunlardan biri də Türkiyədir. İran hazırda ABŞ və İsrailin boğazında qalmış tikədir. Nə uda, nə də çıxarıb ata bilirlər. Odur ki, problemin həlli üçün İsrail öz işğalçı siyasətindən dönməlidir. Bu siyasət İranı nüvə silahına sahib olması üçün təhrik edir. Bölgədə sülhü pozur və hətta ABŞ ilə arasında ziddiyyətlərə gətirib çıxarır. Problemin həllinə doğru addım atılan kimi İsrail bütün planlara qarşı çıxır və yeni münaqişələr yaradır. Bu gedişlə ABŞ və İsrail arasında ziddiyyətlər dərinə gedəcək. Çünki təkcə İsrailə görə ABŞ bütün müttəfiqləri ilə münasibətləri korlayıb etibarını zədələyə bilməz".

 

Nurgün Qənizadə

#yeni #gündəm #i̇srailin #abş #baki
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər