İran ballistik raketi Husilərə təhvil verib
İran dəniz qüvvələrinə məxsus “Qədr” ballistik raketini Yəmənin Husi silahlılarına təhvil verib. Bu barədə Tasnim agentliyi məlumat yayıb.
“Qədr” adlı ilk İran dəniz ballistik raketi şəhid Həsən Tehrani-Müqəddam tərəfindən hazırlanıb və indi, bir neçə ildən sonra bu texnologiya Yəmən qırıcılarının əlindədir”, - agentlik qeyd edir.
Bundan əlavə, yəmənli üsyançıların da İran dizaynı əsasında öz “Mukhit” ballistik raketini istehsal etdiyi bildirilir.
Həsən Tehrani-Müqəddam İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Aerokosmik Qüvvələrində Şimali Koreya dizaynları əsasında Şahab, Qədr və Sejili hazırlayan iranlı hərbi zabitdir. İranda o, “raket proqramının atası” statusuna malikdir və tarixi şəxsiyyət kimi xüsusi ehtiramla qarşılanır.
Mayın 15-də Husilərin hərbi sözçüsü Yəhya Səriya Yəmənin Ənsar Allah hərəkatının Qırmızı dənizdə ABŞ-ın USS Mason esminesinə hücum etdiyini bildirib. Bundan əlavə, onun sözlərinə görə, milis İsrailə gedən Destiny ticarət gəmisinə hücum edib .
