İran barış istəsə, sanksiyalar ləğv oluna bilər
ABŞ Prezidenti Donald Tramp İran və İsrail arasında baş verən toqquşmalarla bağlı ABŞ mediasına danışıb. Tramp bildirib ki, İsrailin İrana qarşı hücumları ilə başlayan qarşıdurmada hər iki tərəf çox yorulub. ABŞ-nin İrana qarşı həyata keçirdiyi hava zərbələri uğurla nəticələnib.
İranın hücumlar başlamazdan əvvəl zənginləşdirilən uranı başqa yerə daşıdığı iddialarını rədd edən Tramp deyib:
“Onlar yaşamaq üçün özlərindən başqa heç nəyi başqa yerə daşımayıblar. Bizim etdiyimizin əslində mümkün olacağını da düşünməyiblər”.
İrana qarşı tətbiq edilən sanksiyaların davam etdiyini xatırladan Tramp, atəşkəsdən sonra Çinin İrandan neft ala biləcəyi ilə bağlı yayılan xəbərlərə münasibət bildirərək deyib:
“Xeyr, mən elə demədim. Sanksiyalar hələ də qüvvədədir. Amma əgər onlar üzərlərinə düşəni etsələr, barışçıl olsalar və bizimlə əməkdaşlıq etsələr, artıq daha çox ziyan verməyəcəklərsə, o zaman sanksiyaları qaldıraram”.
Haber Global
Nuray Əliyeva