İran Dünya Kubokunun püşkatmasında iştirak etməyəcək
İran Futbol Federasiyası, ABŞ-nin nümayəndə heyətinin bəzi üzvlərinə viza verməməsindən sonra gələn həftə Vaşinqtonda keçiriləcək Dünya Kuboku finalının püşkatmasında iştirak etməmək qərarına gəldiyini açıqlayıb.
Federasiyanın sözçüsü Əmir Mehdi Ələvi dövlət televiziyasına verdiyi açıqlamada FİFA-ya qərarın idmanla əlaqəli olmadığı və İran nümayəndə heyətinin püşkatmada iştirak etməyəcəyi barədə məlumat verildiyini söyləyib. Ələvi deyib: "Futbol Federasiyası son iki gün ərzində FİFA prezidenti cənab İnfantino və FİFA Baş Katibliyi ilə rəsmi yazışmalar aparıb və məsələ rəsmi olaraq onlara çatdırılıb. FİFA-nın cavabı da göstərir ki, bu qurum məsələni izləyir".
İran mediası Federasiya prezidenti Mehdi Tac da daxil olmaqla, nümayəndə heyətinin bəzi üzvlərinə ABŞ-nin viza vermədiyini bildirib. Tac dünən qərarın siyasi motivli olduğuna inandıqlarını və bunu FİFA Prezidenti Canni İnfantinoya çatdırdıqlarını bildirib. ABŞ 2026-cı il Dünya Kubokuna Kanada və Meksika ilə birgə ev sahibliyi edəcək.
TRT Xəbər
Xədicə Məhərrəmli