00:00:00
Yazar
Admin User
13.11.2025 12:48 110 2 dəq oxuma
Siyasət

“İran daim sərt bəyanatlarla çıxış edir”

“İran daim sərt bəyanatlarla çıxış edir”

İran rəsmiləri ABŞ-nin diplomatik siqnallarına cavab olaraq bildiriblər ki, Tehran milli maraqlardan güzəştə getməyəcək. Rəsmilərin sözlərinə görə, İran ABŞ ilə aparılan danışıqlarda prinsipial mövqeyini qoruyur və xarici təzyiqlərlə siyasətini dəyişmək niyyətində deyil.

 

Mövzu ilə bağlı deputat Arzu Nağıyev “İnformator.az”a açıqlamasında bildirib ki, İran daim sərt bəyanatlarla çıxış edir və ABŞ-nin diplomatik siqnallarına qarşı güzəştə getməyəcəyini vurğulayır:

 

“Bu, Tehranın xarici siyasətinin əsas xəttidir. Lakin tarix göstərir ki, bu cür gərginliklər çox zaman İranın maraqlarına zərbə vurur. Xüsusilə İsrail ilə bağlı münaqişələrdə və nüvə proqramı məsələsində İranın mövqeyi Qərb dövlətləri ilə münasibətləri daha da gərginləşdirib. İranın Natanzda uranın zənginləşdirilməsi ilə məşğul olan obyektinin məhv edilməsi ABŞ həyata keçirib. Buna baxmayaraq Tehran yenidən bu istiqamətdə fəaliyyətini bərpa edib və danışıqlardan uzaqlaşıb. Bu isə tərəflər arasında etimadsızlığı daha da dərinləşdirib. İran və ABŞ arasında gərginliyin artması regional sabitliyə də mənfi təsir göstərir. Fars körfəzi, Suriya, Livan və İraq kimi bölgələrdə toqquşmaların yenidən alovlanması ehtimalı yüksəlib. Bu vəziyyət enerji marşrutlarına, xüsusilə də neft bazarına ciddi təsir göstərə bilər. İsrail və körfəz ölkələrində təhlükəsizlik narahatlıqlarının artması regionda silahlanma yarışını gücləndirə bilər. İran bu bəyanatlarla həm də daxili auditoriyaya mesaj verir. Rejim çalışır ki, vətəndaşlarına göstərsin. Təzyiqlərə baxmayaraq, ölkə dirəniş göstərir və müstəqilliyini qoruyur. Bu siyasət “müqavimət diplomatiyası” kimi təqdim olunur və hakimiyyətin daxili legitimliyini gücləndirməyə xidmət edir. Bu sərt mövqe uzunmüddətli perspektivdə İranın Qərblə münasibətlərini normallaşdırmaq imkanlarını azaldacaq. İranın bu cür bəyanatları regionda təcridini dərinləşdirə, Qərb ölkələri ilə diplomatik əlaqələri daha da gərginləşdirə bilər. Bu səbəbdən Tehran son dövrlərdə Çin və Rusiya ilə daha sıx əməkdaşlığa yönəlir. İran-Çin-Rusiya ittifaqı artıq formalaşmaqdadır və bu, regionun güc balansını dəyişə bilər. Bu siyasət nə İran üçün, nə də regionun sabitliyi üçün müsbət nəticə vəd etmir. Tehran bu yolla iqtisadi və diplomatik təcridi dərinləşdirir, bu isə xalqın sosial rifahına və regional təhlükəsizliyə mənfi təsir göstərir”.


Ayşə Müzəfərli

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər