İran Fələstin dövlətinə niyə səs verməyib?
İran İsraili bir dövlət kimi tanımadığı üçün Fələstinlə bağlı BMT-də keçirilən “ikidövlətli həll” məsələsinin müzakirəsinə qatılmayıb və ikidövlətli həllə səs verməyib.
Bu arqumentə siyasi müşahidəçi Heydər Oğuz cavab verib.
“Belə çıxır ki, Tehran həqiqətən də Fələstin məsələsinin ikidövlətli həllində maraqlı deyil. Çünki İsraili bir dövlət kimi tanımır. Yəni İsrailin bütövlüklə Fələstinə verilməsini tələb edir.
Mövzu ilə bağlı politoloq Elşad Həsənov “İnformator.az”a açıqlamasında bildirib ki, İran Fələstin dövlətinə səs verməməsinin səbəbini onlar özləri deməli bildirə bilərlər. Nəyə görə? Ancaq mən hesab edirəm ki, hazırda BMT-də Fələstin dövlətinin yaranmasına səs verəcək dövlətlərin sayı artıb. O cümlədən, Avropa ölkələri, Lüksemburq, İspaniya:
"İspaniya baş naziri Sanchez İsrailin APA qəzada apardığı qətliam hadisəsini tənqid edərək belə hərəkətin indiki dövrdə yolverilməz olduğunu və onlar deməli, Fələstin dövlətini tanıyacaqlarını bildiriblər. Eyni zamanda Lüksemburq xarici işlər naziri baş nazir bildirdi ki, biz Fələstini bir dövlət kimi tanıyacağıq. Yəni Avropa ölkələrində Fələstin bir çox ölkələr artıq öz sözlərini deyiblər. Ancaq maraqlıdır ki, İran isə bunu səs verməyib. Maraqlıdır, indi, yəni bunu deyirəm ki, İran özü verməlidir. Bəli, İran İsraili bir dövlət kimi tanımır, onun sionist rejim bilir və onu məhv edəcəklərini bilirəm və bu sözləri, bu nağılları biz illərdir eşidirik, ancaq heç nə görmürük. Əksinə, İsrail neçə dəfə İrana hücum edib, onun müəyyən hərbi strukturlarını darmadağın edib, nüvə obyektlərini dağıdıb, nüvə alimlərini öldürüb, yəni Həmasın liderini Tehranın mərkəzində öldürüb. Bütün bunlar bizim gözümün qabağındadır. Bu mənada da İranın İsraili bir dövlət kimi tanımaması bu onun İsrailin dövlət kimi var olmamasının göstəricisi deyil, İsrail
güclənir. Getdikcə daha böyük arealda müharibə aparır, ərazilərini böyütməyə çalışır və bu da deməli, ona dəstək olan ölkələrin sayəsində olur. Təbii ki, ilk növbədə ABŞ-nin, ona görə də yeni İsrail öz gücünü artırmaq üçün bir çox regionlara, o cümlədən, Suriyada bu gün o ciddi qarşıdurma yaradıb. Orada Türkiyənin apardığı hərbi, siyasi, iqtisadi köməkliyə qarşı müəyyən mənada basqılar göstərir. Yəni bunlar qarşıda duran məsələlərdəndir.
Təbii ki, İran özünün proksi qüvvələri olan Həmas, Hizbullah Husitlər.
Bunu hamı da bilir ki, onları silahlandıranları maliyyələşdirən İrandır və İran məhz buna görə də İran onların vasitəsilə İsrailə hücum etdilər və nəticədə nə oldu? Nəticədə həm Həmas, həm Hizbullahın liderləri, komandirlərin böyük əksəriyyəti məhv edildi. Onların gücləri azaldıldı. Nə qədər İran onlara dəstək olsa da bu gün onlar İsraillə mübarizə aparmaq iqtidarında deyillər. Düzdür, hələ mübarizə edir, amma məlumdur ki, onlar müharibəni uda bilmirlər. Siz baxın, məsələn, İran, Həması Hizbullahı Xüsusidləri dəstəkləyir. Məsələn, İsrail müharibəsi başlayıb və Hizbullah bu işlərə qarışmayıb sonra İsrail Hizbullahı
məhv etdisə, Husitlərlə döyüşürlər, vurur, məhv edir, yəni bu üç qüvvə İsrailə qarşı birləşib. Məsələn, İranın rəhbərliyi ilə İsrailə qarşı müharibə aparmadılar. Yəni ayrı-ayrılıqda pərakəndə halda Həmas demək olar ki, məhv ediləndən sonra Hizbullah işə qarşı qoşuldu. Hizbullah hətta tamamilə məhv olandan sonra Xüsusitlər bu işə qarışdı. Yəni çox maraqlı bir şey idi. Paradoksal bir şeydir ki, əgər bu üç qüvvə İranın patronajlığı altında İranın dili ilə desək, sionist rejimə qarşı müharibə aparırsa, onu yer üzündən silmək istəyir. Gözləyir ki, biri məhv olsun, sonra üçü eyni zamanda başlaya bilməzdimi? Bilərdi. Yəni burda bilinməyən, başa düşülməyən çox məqamlar var.
İranın hər tərəfdən sıxıldığı bir dövrdə nüvə obyektlərinin dağıldığı bir dövrdə onun yenidən proksi qüvvələrinin gücləndirilməsi başa düşüləndir. Ancaq hesab edirəm ki, İran öz daxilində olan problemlər, əhalinin ağır sosial vəziyyəti, təsəvvür edin ki, onlar öz çıxardığı nefti sata bilmirlər. Qaz çatışmır, Rusiyadan qaz almaq istəyirlər. Yəni bütün bu problemlər daha aktualdır.
Deməli, xaricdə olan təşkilatlara,bu mənada hesab edirəm ki, İranın İsraili dövlət kimi tanımaması və APA bu proks qüvvələrinə maliyyələşdirilməsi İranın daxilində də ciddi problemlər yaradır və bu da İranın indiki rejiminin səhv siyasətdə olduğunu düşünürəm".
Nuranə Mərdiyeva