00:00:00
Yazar
Admin User
04.08.2025 15:18 123 1 dəq oxuma
Siyasət

İran həbs edilən vətəndaşlarımız barədə məlumat vermir

İran həbs edilən vətəndaşlarımız barədə məlumat vermir

İran saxlanılan və həbs edilən əksər Azərbaycan vətəndaşları barədə məlumat təqdim etmir.

 

"İnformator.az" xəbər verir ki, bu barədə Azərbaycan XİN-in mətbuat katibi Ayxan Hacızadə iranlı həmkarının Azərbaycanda həbsdə olan İran vətəndaşları ilə bağlı iddialarına dair şərhində bildirib:

 

"Azərbaycan vətəndaşlarına əksər hallarda ölkənin İrandakı diplomatik missiyaları və ailə üzvləri ilə görüşməyə və telefon əlaqəsi qurmağa, 1998-ci ilin 21 fevral tarixində Bakı şəhərində imzalanmış “Azərbaycan Respublikası Hökuməti və İran islam Respublikası Hökuməti arasında azadlıqdan məhrum edilmiş məhkumların cəza çəkmək üçün verilməsi haqqında Müqavilə”nin müddəalarına uyğun olaraq cəzasının qalan hissəsini Azərbaycanda çəkmək üçün müraciətin təqdim edilməsinə icazə verilmir. Eyni zamanda, sorğu olunmasına baxmayaraq Azərbaycan Respublikası vətəndaşlarının işləri ilə bağlı İran İslam Respublikasında keçirilən məhkəmə iclasları, həmin iclaslar zamanı qəbul edilən qərarlar barədə Azərbaycan tərəfinə məlumat verilmir"

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər