00:00:00
Yazar
Güllər Gülhüseynova
06.04.2026 09:24 18 1 dəq oxuma
Dünya

İran Hörmüz boğazının açılması müqabilində ABŞ-nin müvəqqəti atəşkəs təklifini rədd edib

İran Hörmüz boğazının açılması müqabilində ABŞ-nin müvəqqəti atəşkəs təklifini rədd edib

İran Hörmüz boğazının açılması müqabilində ABŞ-nin müvəqqəti atəşkəs təklifini rədd edib.

 

"İnformator.az" xəbər verir ki, bu barədə "The Wall Street Journal" (WSJ) qəzeti vasitəçilərə istinadən məlumat yayıb.

 

Nəşrin məlumatına görə, Pakistan, Türkiyə və Misirdən olan vasitəçilər danışıqları irəli aparmağa çalışırlar, lakin Tehran Vaşinqtonun tələblərini qəbuledilməz adlandırır.

 

"İran hesab edir ki, ABŞ hər hansı tələb irəli sürəcək vəziyyətdə deyil", - qəzet qeyd edib.

 

"Tehran rəsmiləri həmçinin İslamabadda amerikalı həmkarları ilə birbaşa görüş keçirməkdən imtina ediblər", - WSJ yazıb.

 

Daha əvvəl ABŞ Prezidenti Donald Tramp Tehrana çərşənbə axşamınadək Hörmüz boğazını açmaq barədə ultimatum xarakterli tələb irəli sürmüşdü. Əks halda, Ağ Ev rəhbəri İranın enerji infrastrukturu obyektlərinə zərbələr endirməklə hədələyib.

#rədd #hörmüz #müvəqqəti #edib #atəşkəs
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər