İran IAEA ilə imzalanan Kahire Anlaşmasını ləğv edib
İran, sentyabr ayında Uluslararası Atom Enerjisi Agentliyi (IAEA) ilə yenidən əməkdaşlığa başlamağı nəzərdə tutan Kahire Anlaşmasını rəsmən ləğv etdiyini açıqlayıb.
İranın xarici işlər naziri Abbas Arakçi bildirib ki, İngiltərə, Fransa, Almaniya və ABŞ-ın IAEA İdarə Heyətinə İran əleyhinə qərar layihəsi təqdim etməsi, Agentliklə olan əməkdaşlıq prosesini pozub. Arakçi deyib ki, bu ölkələrin avqust ayında İranla bağlı BMT sanksiyalarını yenidən gündəmə gətirməsi səbəbindən sentyabrda imzalanan əməkdaşlıq anlaşması artıq qüvvədə deyil. O, IAEA rəhbəri Rafael Grossiyə rəsmi məktub göndərildiyini və anlaşmanın ləğv olunduğunu təsdiqləyib.
CNN
Mələk Hüseynova