İran İsrailin məşhur PUA-sını vurub
İsrail Hərbi Hava Qüvvələrinə məxsus “Hermes” PUA-sı İranın qərbində Xürrəmabad bölgəsində vurulub.
"İnformator.az" xəbər verir ki, bu barədə İsral ordusu məlumat yayıb.
“Əməliyyat fəaliyyəti zamanı Hərbi Hava Qüvvələrinə məxsus pilotsuz uçan aparat İranda vurulub. Məlumatın sızması qorxusu yoxdur”, - məlumatda bildirilib.