00:00:00
Yazar
Admin User
27.06.2025 16:51 118 2 dəq oxuma
Dünya

İran İsraillə əlaqədə şübhəli bilinən yüzlərlə şəxsi həbs edib

İran İsraillə əlaqədə şübhəli bilinən yüzlərlə şəxsi həbs edib

 

İran hakimiyyəti İsrailin kəşfiyyat agentlikləri ilə əlaqədə şübhəli bilinən şəxslərə qarşı genişmiqyaslı həbslər və edamlar həyata keçirib. Bu addımlar iki ölkə arasında son müharibədən sonra İsrailin İranın təhlükəsizlik orqanlarına misli görünməmiş şəkildə sızması iddiaları fonunda atılıb.

Rəsmilər bildirirlər ki, İsrailin əldə etdiyi məlumatlar münaqişə dövründə SEPAH-ın (İslam İnqilabı Keşikçiləri Korpusu) yüksək rütbəli komandirləri və nüvə alimlərinə qarşı sui-qəsdlərdə istifadə olunub. İran bu qətllərin arxasında Mossad agentlərinin dayandığını bildirir.

Münaqişə zamanı və atəşkəsdən dərhal sonra ən azı altı nəfər casusluq ittihamı ilə edam edilib. Dövlət mediası bu şəxslərin İsrail kəşfiyyatı ilə əməkdaşlıq etdiklərini "etiraf etdiklərini" yayımlayıb. Bundan başqa, yüzlərlə şübhəli həbs olunub. İranın Kəşfiyyat Nazirliyi və SEPAH-a bağlı Fars xəbər agentliyi bildirir ki, 13 iyundan etibarən ölkə daxilində 700-dən çox şəxs saxlanılıb.

İnsan haqları təşkilatları isə narahatlıq bildirir ki, bu həbslər əslində fərqli düşüncələri susdurmaq və ictimai nəzarəti gücləndirmək məqsədi daşıyır. Onlar məcburi etirafların və ədalətsiz məhkəmələrin olmasından ehtiyat edirlər.

İran hökuməti həmçinin sosial mediada İsrailə dəstək verən səhifələri izləyir və istifadəçilərə bu platformaları tərk etmələri üçün xəbərdarlıqlar göndərir. BBC Fars xidmətinin məlumatına görə, bəzi iranlılara telefonla bu barədə mesajlar daxil olub.

Bundan başqa, xaricdə fəaliyyət göstərən farsdilli media qurumlarının əməkdaşları və onların ailə üzvlərinə də təzyiqlər göstərilir. İran İnternational xəbər verir ki, kanalda çalışan jurnalistlərdən birinin ailə üzvləri Tehranda saxlanılıb və aparıcının işdən çıxması üçün təhdid edilib.

İranın rəsmi mövqeyinə görə, bu addımlar ölkənin milli təhlükəsizliyini qorumaq məqsədi daşıyır və İsrail, CIA və MI6 kimi kəşfiyyat orqanlarına qarşı "amansız mübarizə" davam etdirilir.

Mənbə: BBC
Türkan Kərimli

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər