00:00:00
Yazar
Güllər Gülhüseynova
18.07.2026 16:57 21 1 dəq oxuma
Dünya

İran Küveytin neft və enerji obyektlərinə zərbələr endirir

İran Küveytin neft və enerji obyektlərinə zərbələr endirir

Küveytin Silahlı Qüvvələri sübhdən etibarən ölkənin hava məkanında ballistik raketlər və pilotsuz uçuş aparatları qeydə alır.

 

"İnformator.az" xəbər verir ki, bu barədə Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi polkovnik Səud Əbdüləziz əl-Atvan məlumat verib, onun sözlərini qurumun mətbuat xidməti yayıb.

 

Onun sözlərinə görə, raketlər zərərsizləşdirilib.

 

"İranın hücumları hərbi və təhlükəsizlik obyektlərinə, həmçinin neft, enerji və su infrastrukturuna yönəlib. Bir sıra obyektlərdə yanğınlar olub, əhəmiyyətli dərəcədə maddi ziyan dəyib. Yanğınların söndürülməsi və bərpa işləri zamanı yanğınsöndürmə xidmətinin bir neçə əməkdaşı və neft sektorunun işçiləri xəsarət alıb. Onlara lazımi tibbi yardım göstərilir", - əl-Atvan deyib.

#yeni #i̇ran #enerji #azərbaycan #obyektlərinə
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər