00:00:00
Yazar
Admin User
24.09.2025 12:34 106 3 dəq oxuma
Siyasət

İran MEQATE ilə əməkdaşlığını dayandırır

İran MEQATE ilə əməkdaşlığını dayandırır

Xarici İşlər Nazirliyinin agentlə əməkdaşlıq etməsinə Avropa ölkələrinin sanksiyaları səbəbindən əməkdaşlıq dayandırılacaq. Xüsusi ilə də Böyük Britaniya, Almaniya və Fransanın tətbiq etdiyi sanksiyalardan söhbət gedir.

 

Məsələ ilə bağlı politoloq Oqtay Qasımov “İnformator.az”a müsahibəsində bildirib ki, aparıcı ölkələrlə razılaşmalar sonraki dönəmlərdə işləmədiyi üçün həmin ölkələr İrana sanksiyalar tətbiq edirlər:

 

“Avropanın üç böyük ölkəsi, Böyük Britaniya, Almaniya və Fransa İranla nüvə proqramının dayandırılması ilə bağlı danışıqlar aparıblar. Bu zaman əsas səbəb bundan ibarətdir ki, oranın zənginləşməsi məsələsi ilə bağlı proses dayandırılsın və MAQATE-nin - Beynəlxalq Atom Enerjisi Agentliyinin mütəxəssislərinin buraxılması təmin edilsin. Bu səbəbdən İranın üzərinə müəyyən öhdəliklər qoyulub. Bu olmayacağı halda, İran sanksiyalarla hədələnib. İranda buna qarşılıq olaraq MAQATE ilə əməkdaşlığı dayandıracağını bəyən edib və bu, bundan sonraki dönəmdə Avropanın aparıcı dövlətləri ilə münasibətlərin kəskinləşməsi və sanksiyaların tətbiqinə gətirib çıxaracaq. Nəzərə alsaq ki, 2015-ci ildə böyük altılıqla İran arasında əldə olunan razılaşmalar sonraki dönəmdə işləmədiyi üçün hazırda gərginliklər yaşanmaqdadır və məhz bu səbəbdən də İsrail və ABŞ İranın nüvə obyektlərinə zərbələr endiriblər. Yəni, səbəb ondan ibarətdir ki, İranın nüvə obyektləri proqramı ilə bağlı tərəflər arasında bir formada razılaşma əldə olunmur və bu səbəbdən də aparıcı ölkələr İrana sanksiyalar tətbiq etmək qərarına gəliblər”.

 

Əlavə olaraq ekspert Körfəz ölkələri ilə olan münasibətlərdən də danışıb:


“Əslində, Körfəz ölkələrinin özü də İranın nüvə proqramı ilə bağlı apardığı işlərə ehtiyatla yanaşır. Onu həm də bir təhlükə mənbəyi olaraq görürlər. Belə ki, uzun illərdən bəri İran məhz bu nüvə proqramı ilə Körfəz ölkələrinə təsir etməyə çalışıb, onları təzyiq altında saxlamaq istəyib. Bundan əlavə, həmin ölkələrin daxilində özünə yaxın qruplaşmaların fəaliyyətini gücləndirməklə, öz maraqlarını qarşılamaq istəyib. Bu da Körfəz ölkələri tərəfindən hər zaman narahatlıqla qarşılanıb. Bu baxımdan burada hansısa ciddi bir reaksiyanın olacağını düşünmürəm. Baxmayaraq ki, İsrailin Qətərə hücumundan sonra Körfəz ölkələrinin İrana münasibətində məyyən dəyişikliklərdə hiss olunur, amma bu hələ kardinal dəyişiklik demək deyil. Düşünmürəm ki, bunun İrana qarşı beynəlxalq enerji bazarına hansısa bir böyük təsir olsun. Çünki, zaman-zaman İran bu addımları atıb və sonradan geri çəkilib. İndi də eyni proses yaşanmaqdadır. Doğrudur, İranın mövqeyi indi daha ciddi təsir bağışlayır, amma bunun beynəlxalq vəziyyətə və enerji bazarlarına əhəmiyyətli dərəcədə təsir etməyəcəyini düşünürəm. Ən azı o baxımdan ki, İran sadəcə olaraq Beynəlxalq Atom Enerjisi Agentli ilə hələki əməkdaşlığını dayandırıb. Amma bunun ardınca, əgər İsrail yaxud Amerika Birləşmiş Ştatları İranla bağlı yenidən, hərbi əməliyyatlara baş vurarlarsa və bölgədə vəziyyət gərginləşərsə, o zaman əlbəttə ki, dünya bazarlarında kritik anlar yaşana bilər və bu enerji qiymətlərinə təsir edə bilər. Bunun da əsas səbəbi İranın Hörmüz boğazını bağlamağa çalışması ola bilər. Çünki dünyanın enerji tələbatının əhəmiyyətli hissəsi məhz körfəzdən qarşılanır”.


Banuçiçək Qurbanova

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər