İran nüvə bombası əldə etməyə nə qədər yaxındır?
İranın nüvə bombası yaratmağa cəhd edib-etmədiyini dəqiq bilən yeganə insanlar İranın ən etibarlı nüvə alimləri, təhlükəsizlik rəsmilərinin daxili nüvəsi və ali liderin özüdür. Qalanı fərziyyədir.
Lakin bu ayın əvvəlində BMT-nin nüvə tənzimləyicisi, Beynəlxalq Atom Enerjisi Agentliyi (MAQATE) İranın təxminən 20 ildə ilk dəfə nüvə silahının yayılmaması ilə bağlı öhdəliklərini pozduğunu aşkar etdikdən sonra həyəcan təbili çalıb.
Beynəlxalq Atom Enerjisi Agentliyi:" İran nüvə öhdəliklərini pozub.İran mülki nüvə məqsədləri üçün lazım olan səviyyədən çox 60 faiz zənginləşdirilmiş 400 kq-a yaxın uran toplayıb".
BMT agentliyi İranın tam əməkdaşlıq etmədiyini və nüvə materialının nüvə silahına yönəldilmədiyini təsdiq edə bilməyəcəyini bildirib. Amma bu o demək deyil ki, İran bomba yaratmaq üçün yarışır.
İsrail ordusu ötən gün verdiyi açıqlamada "Son bir neçə ay ərzində toplanmış kəşfiyyat məlumatları göstərir ki, İran nüvə silahına hər zamankindən daha yaxındır".
İran isə öz növbəsində həmişə nüvə proqramının tamamilə sülhməramlı olduğunu müdafiə edib.
BBC NEWS
Səmayə Səftərova