İran neft ixracatına başladı
Rəsmi Tehrana qarşı sanksiyaların ləğvindən sonra İran neftinin ilk partiyası dəniz yolu ilə Yaponiya və Çinə göndərilib
Rəsmi Tehrana qarşı sanksiyaların ləğvindən sonra İran neftinin ilk partiyası dəniz yolu ilə Yaponiya və Çinə göndərilib.
İnformator “Kiodo” agentliyinə istinadla verdiyi xəbərə görə, neftlə yüklənmiş tankerlər bu gün Fars körfəzindəki Hark adası limanını tərk edib.
İran Yaponiyaya neft ixracının hazırkı həcmdən - gündəlik 110 min bareldən 300 min barelə çatacağına ümid edir.
