İran Parlamentinin Sədri Qalibaf ölkədə enerji kəsilməsini tənqid edib
İran Parlamentinin Sədri Məhəmməd Baqir Qalibaf ölkədəki təbii qaz və elektrik kəsilməsini tənqid edərək, Parlamentin Enerji Komissiyasından geniş hesabat hazırlamasını istəyib.
Entekhab xəbər saytının məlumatına görə, Qalibaf İran parlamentində millət vəkilləri qarşısında çıxışında enerji kəsintilərini müzakirə edib.
Kalibaf: "Təbii qaz və elektrik kəsilməsi ölkəyə mənfi təsir etdi. Məktəblər sabah açılıb-açılmayacağını bilmirlər. İqtisadi sektorlarda bəzən təbii qaz, bəzən də elektrik kəsilir" , - dedi.
Problemin həlli üçün enerji səmərəliliyinin əsas olması lazım olduğunu vurğulayan Kalibaf: "Parlamentin Enerji Komissiyası təbii qaz və elektrik kəsintiləri ilə bağlı geniş bir hesabat hazırlamalıdır. Bu kəsilmələr iqtisadiyyata və cəmiyyətin dincliyinə mənfi təsir etdi",-dedi.
Mənbə: CNN Türk
Kəmalə Vəliyeva