00:00:00
Yazar
Güllər Gülhüseynova
20.02.2026 20:53 13 1 dəq oxuma
Dünya

İran paytaxtında həbs və işgəncə ittihamlar artır

İran paytaxtında həbs və işgəncə ittihamlar artır

İranda ötən aylarda ölkə miqyasında başlayan etirazlar  insan haqları böhranına çevrilib və beynəlxalq hüquq təşkilatları bu hadisələri kütləvi həbs, işgəncə və icazəsiz edamlarla əlaqələndirirlər.


İran təhlükəsizlik qüvvələri son bir ay ərzində ən azı 50 000 nəfəri  həbs etdiklərini deyir. Bu şəxslər arasında tələbələr, həkimlər, hüquq müdafiəçiləri və hətta yeniyetmələr də var. Bir çoxu hazırda yeri məlum olmayan həbsxanalarda saxlanılır və ailələri ilə əlaqə qura bilmirlər.


 
Hökumət etirazlar zamanı təxminən 3 000 insanın öldüyünü bildirir. Lakin insan haqları qrupları, xəstəxana məlumatları, tibb mənbələri və qurbanların ailə üzvlərinin ifadələrinə əsaslanaraq bu rəqəmi 30 000-ə və bəzən 43 000-ə qədər göstərirlər.

 

Norveçdə yerləşən "Iran Human Rights" (İran İnsan Haqları) təşkilatı son ay ərzində ən azı 26 nəfərin ölüm hökmü aldığını xəbər verib. Daha çox insan, o cümlədən uşaqlar da  cəza ilə üzləşə bilər. Bu cəzalar çox vaxt işgəncə altında verilmiş etiraflara əsaslanır və ədalətli məhkəmə prosesi olmadan həyata keçirildiyi bildirilir.


EURONEWS 
Aysun Xanatova

#artır #ittihamlar #paytaxtında #həbs
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər