İran Prezidenti Məsud Pezeşkiyan “milli birlik” çağırışı edib
İran Prezidenti Məsud Pezeşkiyan bildirib ki, əgər xalqla hökumət arasında birlik olarsa, heç bir təhdid ölkəyə zərər verə bilməz.
Prezidentliyin rəsmi saytına əsasən, Pezeşkiyan Nazirlər Kabinetinin iclasında milli birlik mesajı verib.
O deyib: “Əgər xalq bizimlə olsa, heç bir problem ölkəni təhdid edə bilməz. Bu səbəbdən atılan bütün addımlar milli birliyin qorunmasına yönəlməlidir”.
İran Prezidenti, İsrailin son hücumları zamanı başda qonşu ölkələr olmaqla müxtəlif ölkələrin göstərdiyi həmrəyliyə və yardım təkliflərinə görə təşəkkür edib.
İclasın sonunda Pezeşkiyan bütün rəsmiləri təhlükəsizlik və mühafizə prinsiplərinə maksimum diqqət yetirməyə və aidiyyəti qurumların təlimatlarına uyğun hərəkət etməyə çağırıb.
TRT HABER
Solmaz Muradova