00:00:00
Yazar
Aysel Mirzəyeva
05.03.2026 21:58 32 1 dəq oxuma
Siyasət

“İran qonşuluq münasibətlərinə ciddi şəkildə önəm verməlidir” - ŞƏRH

“İran qonşuluq münasibətlərinə ciddi şəkildə önəm verməlidir” - ŞƏRH

“Türkiyə İrandan atılan raketin vurulmasından sonra istənilən düşmənçilik hərəkətinə cavab verəcək”,- deyə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.


Mövzu ilə bağlı siyasi şərhçi Zeynal Əmrəliyev “İnformator.az”a açıqlamasında bildirib ki, İranın bu cür davranışlar sərgiləməsi özünə ziyandır:

 

“Rəsmi Tehran ilk növbədə qonşuluq münasibətlərinə ciddi şəkildə önəm verməlidir. Ancaq görünür ki, o qədər bu cür vəziyyətlərdən başlarını itiriblər ki, Xameneinin öldürülməsindən sonra İran hər yerə raketlər atır. Bu rejim daxilində vahid komandanlığın olmamasından xəbər verir. Ola bilər ki, düşünülmüş şəkildə digər ölkələrə qarşı bu hücumlar həyata keçirilir. Türkiyə hər zaman İran məsələsində obyektiv mövqeyi ilə seçilib. Hadisələrə real şəkildə, obyektiv münasibət göstərilir. Bu həyata keçirilən hücum rəsmi Ankaranın suverenlik mövqeyindən ciddi şəkildə xəbər verir. Bir daha İrandakı həmin o fars molla rejiminin bütün mahiyyətini gün üzünə çıxarır. Faktiki olaraq onu göstərir ki, İrandakı bu rejim olduqca sərt dayaqlar üzərində qurulub. Bütün region üçün ciddi şəkildə təhlükə törədir. Həm Türkiyəyə qarşı həyata keçirilən bu akt, eyni zamanda bu gün Azərbaycana qarşı həyata keçirilən hücum onu göstərir ki, mahiyyət eynidir. Bu siyasət mütləq dəyişdirilməlidir”.


Nuray Əliyeva

#yeni #gündəm #baki #münasibətlərinə #azərbaycan
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər