00:00:00
Yazar
Admin User
18.08.2025 12:25 70 1 dəq oxuma
Dünya

İran sülhə mane olur, husiləri müharibəyə sövq edir

İran sülhə mane olur, husiləri müharibəyə sövq edir

İran hökuməti hüsilərə dəstək verməklə BMT-nin nümayəndəsinin Yəməndə sülhün bərqərar olması istiqamətindəki səylərinə mane olur.

 

"İnformator.az" "Axar.az"a istinadən xəbər verir ki, bunu Yəmənin xarici işlər naziri Camal Amir deyib:

 

“İran husiləri razılaşmanı rədd etməyə və müharibəni davam etdirməyə sövq etdiyinə görə sülh prosesi faktiki olaraq dalana dirənib”.

 

O, İranın dəstəklədiyi husilərin müharibəni bitirmək fikrində olmadığını qeyd edib:

 

“Qanuni hökumət bütün təşəbbüslərlə razılaşıb, ancaq husilərin müharibəni bitirmək istəyi yoxdur, onlar müharibə üçün yaşayırlar. Yəmənə təhlükə davam etdikcə husilərə qarşı hərbi variant masadaqalacaq".

 

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər