İran təhlükəsizlik səbəbindən Xameneinin varisinin təyinatını təxirə salıb
İran təhlükəsizlik məsələlərinə görə öldürülmüş ali rəhbər ayətullah Əli Xameneinin xələfinin təyin olunmasını təxirə salıb.
"İnformator.az" xəbər verir ki, bu barədə "The New York Times" qəzeti iki iranlı rəsmiyə istinadən məlumat yayıb.
Nəşrin mənbələrinin bildirdiyinə görə, ayətullah Xameneinin oğlu - Müctəbanın İranın ali rəhbəri postuna əsas namizəd olduğu bilindikdən sonra onun təhlükəsizliyi ilə bağlı narahatlıqlar artıb.
İsrailin müdafiə naziri İsrael Kats çərşənbə günü bəyan edib ki, İran tərəfindən Xameneini əvəz etmək üçün təyin edilən hər bir lider "məhv edilməli hədəf olacaq".
Öz növbəsində, ABŞ Prezidenti Donald Tramp Xameneinin oğlu Müctəbanın namizədliyini qəbuledilməz adlandırıb.
"Biz İrana harmoniya və sülh gətirəcək birini görmək istəyirik", - Tramp "Axios"a verdiyi müsahibədə vurğulayıb.