00:00:00
Yazar
Admin User
07.03.2025 18:54 237 1 dəq oxuma
Dünya

İran: Trampdan indiyə qədər məktub almadıq

İran: Trampdan indiyə qədər məktub almadıq

 

 

İran, ABŞ Prezidenti Donald Trampın İranın ali lideri Ayətullah Əli Xameneiyə nüvə danışıqları ilə bağlı məktub göndərdiyini iddia etməsinə baxmayaraq, indiyə qədər belə bir məktub almadıqlarını açıqlayıb.

 

İran mediasında yer alan xəbərə görə, İranın Nyu-Yorkdakı Birləşmiş Millətlər (BM) Daimi Nümayəndəliyi Trampın iddiası ilə bağlı verilən suala, “İndiyə qədər belə bir məktub almadıq" cavabını verib.

 

Tramp: Xameneiyə razılaşma üçün məktub göndərdim

 

Fox Business Network-ə müsahibə verən Tramp, İran lideri Ayətullah Əli Xameneiyə məktub göndərdiyini bildirib. O, “Onlara ‘Ümid edirəm ki, danışıqlara razı olarsınız, çünki hərbi müdaxilə etməli olsaq, bu, dəhşətli olacaq’ deyən bir məktub yazdım"  ifadəsini işlədib.

 

İran lideri Ayətullah Əli Xamenei isə Tramp administrasiyasını “etibarsız” adlandıraraq, İranı təhdid etdiyi üçün ABŞ-la danışıqları qadağan etmişdi. Prezident Məsud Pəzeşkiyan və Xarici İşlər naziri Abbas Əraqçi başda olmaqla, İran rəsmiləri dəfələrlə bildirmişdilər ki, təzyiq və hədələr altında ABŞ-la danışıqlar aparmayacaqlar.

 

Son olaraq, bu gün İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Ciddədə keçirilən toplantısında çıxış edən Əraqçi, “ABŞ-nin maksimum təzyiq siyasəti və təhdidləri davam etdiyi müddətcə biz ABŞ-la birbaşa danışıqlara girməyəcəyik" deyə vurğulayıb.

 

TRT XƏBƏR

Günel Verdiyeva

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər