00:00:00
Yazar
Zəhra Həsənova
11.08.2026 22:17 20 2 dəq oxuma
Siyasət

İran Ukraynaya ultimatum verib: Tehran Kiyevdən konkret addım tələb edir

İran Ukraynaya ultimatum verib: Tehran Kiyevdən konkret addım tələb edir

İran Ukraynaya qarşı sərt mövqe nümayiş etdirərək Kiyevə ultimatum verib. Tehran Ukraynanın İranla bağlı siyasətinə və atdığı addımlara yenidən baxmasını tələb edir. Tərəflər arasında onsuz da gərgin olan münasibətlərin fonunda bu bəyanat İran-Ukrayna əlaqələrində yeni qarşıdurma mərhələsinin yarana biləcəyi ilə bağlı suallar yaradıb.

Mövzu ilə bağlı politoloq Zeynal Əmrəliyev “İnformator.az”a açıqlamasında bildirib ki, İranın Ukraynaya ultimatum verməsi Tehranın xarici siyasətində təzyiq rıçaqlarını gücləndirmək və Kiyevin Qərb yönümlü bəyanatlarına qarşı sərt mesaj göndərmək məqsədi daşıyır:

 

“Tehran bu addımla Ukraynanın İranın daxili işlərinə və ya beynəlxalq mövqeyinə qarşı yönəlmiş tənqidlərinə son qoyulmasını tələb edir. Eyni zamanda, bu gərginlik iki ölkə arasında diplomatik əlaqələrin minimum səviyyəyə enməsinə və ya səfirlik səviyyəsində təmsilçiliyin dondurulmasına gətirib çıxara bilər. Regionlararası proseslərə gəldikdə, bu qarşıdurma Yaxın Şərq ilə Şərqi Avropa arasındakı onsuz da həssas olan diplomatik xətləri daha da mürəkkəbləşdirir. Ukraynanın Tehranın tələblərinə sərt və ya imtina ilə cavab verməsi isə İran-Rusiya-Ukrayna üçbucağındakı münasibətləri tamamilə yeni müstəviyə daşıya bilər. Çünki Tehran və Moskva arasındakı hərbi-strateji tərəfdaşlıq fonunda bu ultimatum İranın açıq şəkildə Rusiyanın mövqeyini dəstəklədiyini bir daha nümayiş etdirir. Kiyevin bu təzyiqlərə boyun əyməyərək Qərb müttəfiqləri ilə birgə addım atması Tehranın bölgədəki təsir imkanlarını daha da məhdudlaşdıra bilər. Nəticədə, bu gərginlik tərəflər arasında dialoq imkanlarını demək olar ki, sıfıra endirir və münaqişə potensialını daha da artırır”.

Fatimə Hüseynli

#konkret #gündəm #addım #verib: #tələb
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər