İran və ABŞ aprelin 12-də danışıqlara başlayacaq
İran və ABŞ arasında gərgin nüvə danışıqları prosesi yeni diplomatik addımla yenidən gündəmə gəlir.
İranın xarici işlər naziri Abbas Erakçi iki ölkə arasında yüksək səviyyəli danışıqların aprelin 12-də Omanda başlayacağını açıqlayıb. Erakçi bu prosesi ABŞ üçün həm fürsət, həm də sınaq kimi qiymətləndirib. İranın xarici işlər naziri Abbas Erakçi X sosial media platformasında İran və ABŞ-nin 12 aprel şənbə günü Omanda dolayı danışıqlara başlayacağını açıqlayıb:
"Bu, həm sınaq, həm də fürsətdir. Top ABŞ məhkəməsindədir",-deyib.
Dolayı danışıqların fonunda ABŞ-nin 2018-ci ildə nüvə sazişindən birtərəfli qaydada çıxması dayanır. İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bekayi dünən keçirdiyi mətbuat konfransında bu dolayı görüş təklifi ilə bağlı ABŞ-dən qərar gözlədiklərini və Omanın vasitəçilik üçün ən güclü namizəd olduğunu bildirib. Digər tərəfdən, Trampın dünən Ağ Evdə İsrailin baş naziri Binyamin Netanyahu ilə görüşündə İranla görüşün birbaşa keçiriləcəyi ilə bağlı iddiası diqqət çəkib. Tramp da bir daha təhdid ifadəsi işlədib:
“Əgər razılaşma əldə olunmasa, İran böyük təhlükə qarşısında qalacaq",-deyib.
Mənbə: a haber
Nərmin Həşimova