00:00:00
Yazar
Admin User
12.04.2025 15:18 175 1 dəq oxuma
Siyasət

İran və ABŞ arasında danışıqlar başa çatıb

İran və ABŞ arasında danışıqlar başa çatıb

Omanın vasitəçiliyi ilə Maskatda İran və ABŞ nümayəndə heyətləri arasında dolayı danışıqlar başlayıb.

 

"İnformator.az" “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə İranın Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi İsmail Bəqayi “X”də məlumat verib.

 

“İranın xarici işlər naziri Abbas Əraqçi ilə ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiven Uitkoff arasında dolayı danışıqlar Omanın xarici işlər naziri Bədr bin Həməd bin Hamud əl-Busaidinin vasitəçiliyi ilə başlayıb”, - o yazıb.

 

İran və ABŞ nümayəndə heyətləri arasında dolayı danışıqlar başa çatıb.

 

İran nümayəndə heyətinin bir üzvü İSNA agentliyinə bildirib ki, məsləhətləşmələr uğurlu olub.

 

Məlumata görə, İran və ABŞ gələn həftə danışıqların yeni mərhələsini keçirmək niyyətindədir.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər