00:00:00
Yazar
Admin User
18.06.2025 15:11 127 1 dəq oxuma
Dünya

İran və ABŞ rəsmiləri bu ölkədə görüşür

İran və ABŞ rəsmiləri bu ölkədə görüşür

ABŞ vitse-prezidenti ceyms Di Vens Prezident Donald Trampı İrana daha bir şans verməyə inandıra bilib. Buna görə də İranla yeni danışıqlar baş tuta bilər.

 

"İnformator.az" xəbər verir ki. belə bir iddia ABŞ mediasında yayılıb.

 

Bildirilib ki, ABŞ vitse-prezidenti İranla anlaşmaq və müdaxilədən yayınmaq üçün Trampa bəzi təkliflər verib. Omanda İran və ABŞ arasında yüksək səviyyəli görüş keçirilə bilər.


Qeyd edək ki, bundan öncə İrandan 3 hökumət təyyarəsinin maskata (Omanın paytaxtı) istiqamətləndiyi barədə məlumat yayılmışdı. “Röyters” təyyarələrin artıq Maskat hava limanına eniş etdiyini bildirib.

 

Xatırladaq ki, ABŞ və İran arasında nüvə danışıqlarının 5 raundu Omanın vasitəçiliyi ilə keçirilib.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər