00:00:00
Yazar
Admin User
19.08.2025 13:48 140 2 dəq oxuma
Siyasət

İran və Ermənistan arasında imzalanacaq 10 memorandumun regiona təsiri

İran və Ermənistan arasında imzalanacaq 10 memorandumun regiona təsiri

İran Prezidenti Məsud Pezeşkianın İrəvana səfəri və bu çərçivədə 10 memorandumun imzalanmasının planlaşdırılması regionda diqqətlə izlənir. Xüsusilə “Şimal-Cənub” və “Şərq-Qərb” dəhlizlərinin gündəmə gətirilməsi Cənubi Qafqazda geosiyasi maraqların toqquşduğu bir vaxtda mühüm əhəmiyyət kəsb edir.


Mövzu ilə bağlı politoloq Əziz Əlibəyli “İnformator.az”a açıqlamasında bildirib ki, Azərbaycan bu proseslərdə öz maraqlarını qorumaqda qətiyyətlidir:


“Prinsip etibarilə Azərbaycanda keçid xətlərinə qarşı hər hansı etiraz yoxdur. Hər bir dövlətin özünü müdafiə və ya kollektiv müdafiə imkanlarını gücləndirməsi hüquqları tanınır. Problem yalnız bu proses üçüncü dövlətə qarşı çevrildikdə başlayır. İndiki 10 bəndlik memorandum məsələsində də Azərbaycan açıq mövqeyini bildirib: əgər ölkəmizin daxili işlərinə, suverenliyinə və ərazi bütövlüyünə qəsd olunarsa, adekvat cavab veriləcək. Hazırkı vəziyyətdə isə bu, yalnız iki dövlətin siyasi ambisiyalarının ifadəsi və daxili ictimaiyyət qarşısında öz mövqelərini təsdiqləmə cəhdi kimi görünür”.


Politoloq hesab edir ki, İran-Ermənistan yaxınlaşması Azərbaycan-Ermənistan sülh prosesinə ciddi təsir göstərməyəcək:


“Azərbaycan və Ermənistan artıq kontensual razılıq əldə edib və prosesi üçüncü ölkələrin iştirakı olmadan aparır. Bu səbəbdən İran-Ermənistan münasibətlərindəki dinamika sülh prosesinə mənfi təsir
etməyəcək”.


Ə.Əlibəylinin sözlərinə görə, Pezeşkianın xüsusilə “Şimal-Cənub” dəhlizini önə çəkməsi Azərbaycanın və Türkiyənin maraqlarını ziddiyyətə salmır:


“Bu dəhlizin çəkilməsi tamamilə normal bir prosesdir. Azərbaycan ərazisindən keçən və Rusiyanı İranla birləşdirən xətt artıq mövcuddur. Türkiyə ilə bağlı isə Gürcüstan üzərindən keçən dəhliz fəaliyyət göstərir. Yeni layihə sadəcə mövcud yolları tamamlayacaq. Texniki, siyasi və iqtisadi baxımdan bölgənin tranzit imkanlarını genişləndirəcək, amma Azərbaycanın maraqlarını parçalamayacaq”.


Solmaz Muradova

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər