İran və Fransa XİN başçıları nüvə proqramı üzrə danışıqların bərpası imkanını müzakirə ediblər
İranın xarici işlər naziri Abbas Əraqçi fransalı həmkarı Jan-Noel Barro ilə görüşüb.
"İnformator.az" xəbər verir ki, bu barədə Fransa Xarici İşlər Nazirliyinin bəyanatında qeyd olunub.
Məlumata əsasən, tərəflər İranda əvvəllər casusluqda ittiham olunan iki Fransa vətəndaşının – Sesil Kuler və Jak Parisin vəziyyətini müzakirə ediblər.
"Fransa öz vətəndaşlarının Tehrandakı səfirlikdən tez bir zamanda geri qaytarılmasını tələb edib", – bəyanatda vurğulanır.
Barro Əraqçi ilə söhbətində Tehranı zəmanət öhdəliklərinə əməl etməyə, Beynəlxalq Atom Enerjisi Agentliyi ilə əməkdaşlığa və İranın nüvə proqramının müzakirəsi üçün danışıqlar masasına qayıtmağa çağırıb.