İrana görə 1 milyon suriyalı ölüb - Şeybani
Dəməşq Yaxın Şərqdəki dağıdıcı müharibədən uzaqlaşmaq prinsipinə sadiq qalır.
"İnformator.az" xəbər verir ki, bunu Suriya Xarici İşlər naziri Əsəd əş-Şeybani deyib.
Ankarada türkiyəli həmkarı Hakan Fidan ilə birgə mətbuat konfransında danışan nazir bildirib ki, Suriya 14 ildən çoxdur ki, İran və onun proksi qüvvələrinin müdaxiləsindən əziyyət çəkir.
Əş-Şeybani İranın bu müdaxiləsinin Suriyadakı çətin vəziyyəti xeyli pisləşdirdiyini, bir milyon suriyalının ölümünə, 15 milyon insanın isə qaçqın düşməsnı səbəb olduğunu vurğulayıb.
O, həmçinin qeyd edib ki, İranın Suriyaya bu müdaxiləsi nəticəsində infrastruktur ciddi şəkildə zədələnib, dörd milyon ev dağılıb və minlərlə insan itkin düşüb.