00:00:00
Yazar
Admin User
23.06.2025 10:31 107 1 dəq oxuma
Dünya

İrana qarşı hücumlar əsassız, səbəbsiz təcavüzdür

İrana qarşı hücumlar əsassız, səbəbsiz təcavüzdür

İranın xarici işlər naziri Erakçini qəbul edən Rusiya prezidenti Putin: İrana qarşı hücumlar əsassız, səbəbsiz təcavüzdür”.

 

Putin İranın xarici işlər naziri Abbas Erakçini Kreml sarayında qəbul edib.

 

Görüşün mətbuata açıq hissəsində çıxış edən Putin, Rusiya və İranın etibarlı əlaqələrinə diqqət çəkərək, "İran xalqına kömək etmək üçün səy göstəririk",-dedi.

 

Rusiyanın Yaxın Şərqdə baş verən proseslərə yanaşmasının məlum olduğunu açıqlayan Putin, "İrana qarşı hücumlar əsassız, səbəbsiz təcavüzdür. Rusiya Xarici İşlər Nazirliyi bizim yanaşmamızı açıq şəkildə ifadə etdi və Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasında tutduğumuz mövqeyi bilirsiniz",-dedi.

 

Erakçi Rusiyanın "tarixin doğru tərəfində" olduğunu da ifadə edərək, "İsrail və ABŞ-nin İrana qarşı hərəkətləri qeyri-qanunidir və İranın özünü qorumaq haqqı var. Bu hərəkətləri pislədikləri üçün rusiyalı həmkarlarımıza minnətdarıq",-dedi. 

 

İranın Rusiya ilə Buşehr Atom Elektrik Stansiyasını tikdiyini xatırladan Erakçi, “Rusiya yaxşı razılaşmaların əldə olunmasında müsbət rol oynadı. 

İsrail, ardınca ABŞ-nin obyektlərimizə hücumu səbəbindən gərginliyin səviyyəsi hər gün artır”.

 

Mənbə: TRT Haber

Xədicə Məhərrəmli

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər