İrana qarşı sanksiyaların qaldırılması şərti açıqlanıb
ABŞ Prezidenti Donald Tramp, İranın “sülhsevər davranacağı” təqdirdə iqtisadi sanksiyaların ləğv edilə biləcəyini bildirib.
Tramp, İran və İsrail arasında baş verən qarşıdurmalarla bağlı ABŞ mediasına açıqlama verib.
O bildirib ki, İsrailin İrana hücumları ilə başlayan qarşıdurmalarda hər iki tərəf olduqca yorulub və ABŞ-nin İrana qarşı həyata keçirdiyi hava hücumları uğurla nəticələnib.
İranın hücumlardan əvvəl zənginləşdirilmiş uranı başqa yerə daşıdığı barədə iddiaları rədd edən Tramp deyib: “Yaşamaqdan başqa heç nə üçün heç nəyi başqa yerə daşımayıblar. Bizim etdiyimizin əslində mümkün ola biləcəyini düşünmürdülər".
Tramp, İrana qarşı sanksiyaların hələ də qüvvədə olduğunu xatırladaraq, atəşkəsdən sonra Çinin İrandan neft ala biləcəyi ilə bağlı fikirlərə münasibət bildirərək deyib: “Xeyr, mən elə deməmişəm. Sanksiyalar hələ də qüvvədədir. Amma əgər öz üzərlərinə düşəni etsələr, sülhsevər olsalar, bizimlə əməkdaşlıq etsələr və artıq zərər verməyəcəklərsə, onda sanksiyaları ləğv edərəm".
Haberler.com
Aygün Babayeva