İranda casusluqda ittiham olunan Fransa-Almaniya vətəndaşı sərbəst buraxılıb
İranda casusluqda ittiham olunan Fransa-Almaniya vətəndaşı sərbəst buraxılıb.
"İnformator.az" xəbər verir ki, bu barədə Fransanın Xarici İşlər naziri Jan-Noel Barrot "X" səhifəsində yazıb.
Nazir 19 yaşlı Fransa-Almaniya vətəndaşı Lennart Monterlos İranda saxlanıldıqdan sonra vətənə qayıtdığını açıqlayıb.
Məlumata görə, o, Avropadan velosipedlə səyahət edirmiş. Lennart Monterlos İsraillə gərginliyin artdığı bir dövrdə ölkənin cənubundakı Bəndər-Abbasda həbs olunub.
Nazirin sözlərinə görə, Fransa İrandan Sesil Koler və Jak Parinin də azadlığa buraxılmasını tələb edir. Onlar bu ilin yayında İsrailə casusluq etmək ittihamı ilə həbs olunublar.