İranda "dini dəyərləri təhqir etdiklərinə görə" iki nəfər edam edildi
İranda dini dəyərləri təhqir edən iki nəfər edam edilib.
İnformator.az Türkiyə mediasına istinadən xəbər verir ki, Tələbələr Xəbər Agentliyinin məlumatına görə, Ədliyyədən verilən yazılı açıqlamada Sədrullah Fazili Zari və Yusuf Mihrdadın edam hökmləri və təfərrüatlar paylaşılıb.
Açıqlamada Zari və Mihrdadın Məhəmməd peyğəmbəri və müqəddəs dəyərləri təhqir etdiyi, onlarla sosial media hesabı vasitəsilə bu mövzuda aktiv olduqları bildirilib.
Bundan başqa, onun sosial şəbəkədə Zarinin Quranı yandırdığı görüntüləri paylaşdığı da bildirilib.
Sözügedən hər iki nəfərə verilən ölüm hökmləri bu gün səhər saatlarında icra edilib.
