"İranda güc yolu ilə rejim dəyişikliyi təhlükəlidir"
Fransa Xarici İşlər naziri Jan-Noel Barro bildirib ki, İranda güc tətbiq edərək və bombalarla rejim dəyişikliyi etmək təhlükəli və yanıltıcıdır.
O, Avropa İttifaqının İran, Qəzza və Ukrayna məsələlərini müzakirə etdiyini və Yaxın Şərqdə qarşıdurmanın böyüməsindən narahat olduqlarını bildirib. Barro qeyd edib ki, İranın nüvə proqramı Avropa üçün təhdiddir, lakin qalıcı həll yalnız danışıqlar yolu ilə mümkündür. Fransa zorla rejim dəyişikliyi təşəbbüslərini rədd edir və xalqların öz taleyini təyin etmə hüququna inanır. O, həmçinin İsraildən fransız vətəndaşlarının təxliyə edildiyini, Qəzzada atəşkəs və humanitar yardım çağırışı etdiklərini, Rusiyaya qarşı yeni sanksiyalar paketinin isə ən genişmiqyaslı olduğunu vurğulayıb. ABŞ-nin İran hücumlarının planlaşdırılmasında iştirak etmədiyini də əlavə edib.
Anadolu Agentliyi
Billurə Quliyeva