00:00:00
Yazar
Lalə Qafarova
03.03.2026 20:53 17 1 dəq oxuma
Dünya

İranda hücumlarda ölənlərin sayı 787-yə çatıb

İranda hücumlarda ölənlərin sayı 787-yə çatıb

 

 

 

ABŞ və İsrailin təşkil etdiyi hava hücumları nəticəsində həyatını itirənlərin sayı 787 nəfərə yüksəlib.

 

Tesnim Haber Ajansı İran Qızıl Aypara Cəmiyyətinin yaydığı yazılı açıqlamanı dərc edib. Açıqlamada bildirilir: "153 yaşayış məntəqəsində 504 nöqtənin hədəf alındığı hücumlarda 787 nəfər həyatını itirib".

Vurulan binaların dağıntıları altında axtarış-xilasetmə işlərinin davam etdiyi qeyd olunub. Hücumlar zamanı yaralananların sayı ilə bağlı isə məlumat verilməyib.

İran Qızıl Aypara Cəmiyyəti tərəfindən martın 2-də yayımlanan əvvəlki açıqlamada ABŞ-İsrail hücumları nəticəsində 555 nəfərin öldüyü bildirilib.

 

İsrail və ABŞ Tehran ilə Vaşinqton arasında danışıqlar davam edərkən fevralın 28-də İrana hərbi hücumlara başlayıb.

İran isə İsraillə yanaşı, ABŞ-nin hərbi bazalarının yerləşdiyi Qatar, Birləşmiş Ərəb Əmirlikləri və Bəhreyn başda olmaqla bəzi region ölkələrində müəyyən etdiyi hədəflərə zərbələr endirməklə cavab verib.

ABŞ-İsrail hücumları zamanı İranın ali lideri Ayetullah Əli Xamenei və çox sayda yüksək vəzifəli şəxsin öldürüldüyü bildirilib.

 

TRT HABER

Reyhan Quliyeva

#xəbər #gündəm #787-yə #sayı
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər