İranda İŞİD-in 9 üzvü edam edilib
Bu gün İranda İŞİD terror təşkilatının 9 üzvü asılaraq edam edilib.
Məlumata görə, terror aktları həyata keçirməyi planlaşdıran şəxslər 2018-ci ildə saxlanılıb. Onlar uzun müddət davam edən hüquqi prosedurlar və məhkəmə araşdırmalarından sonra ölüm cəzasına məhkum ediliblər.
Bildirilib ki, edam olunan şəxslər ölkə daxilində silsilə terror hücumları hazırlamaqda ittiham olunublar.
Mənbə :Caliber
Aytən Ağazadə