00:00:00
Yazar
Admin User
19.06.2025 12:01 185 2 dəq oxuma
Dünya

İrandan sonra hədəf Türkiyə olacaq

İrandan sonra hədəf Türkiyə olacaq

 

 

İsrailin İrana həyata keçirdiyi hücumları dəyərləndirən fələstinli tədqiqatçı-yazar Muin Naim bildirib ki, İsrail-İran müharibəsi ilə yanaşı Qəzzədəki vəhşilik daha da sürətlənib. Naim deyib: “İrandan sonra hədəf Türkiyədir, bunu Netanyahuya yaxın bir jurnalist açıq şəkildə söylədi”.

 

İsrailin sərhədlərinin beynəlxalq aləmdə hələ də qeyri-müəyyən olduğuna diqqət çəkən Naim əlavə edib: “Bu günə qədər Birləşmiş Millətlər Təşkilatında sərhədləri bəlli olmayan yeganə ölkə İsraildir. Onlar özləri də sərhədlərini bilmirlər və ya açıqlamırlar. Niyə? Çünki genişlənməyə yönəlmiş bir düşüncəyə sahibdirlər”.

 

O, İrana qarşı hücumun arxasında İsrailin nüvə danışıqlarını pozmaq məqsədinin dayandığını da vurğulayıb: “İsrail İrana hücum etməzdən bir gecə əvvəl, bazar günü ABŞ ilə İran arasında nüvə danışıqları başlayacaqdı. Nə oldu? İsrail müharibəni başlatdı. Bəlkə də İran razılığa gələ bilərdi”.

 

Naim İsrailin regional strategiyasının növbəti hədəfinin Türkiyə olduğunu bu sözlərlə ifadə edib:

“İranı niyə hədəf aldılar? Əvvəl dedilər ki, kimyəvi silahı var. Sonra bəlli oldu ki, nüvə silahı yoxdur – yalan dedilər. Amma İranı sıradan çıxardılar. İndi Sudan da eyni ssenarinin qurbanı oldu. "Türkiyə hədəfdədirmi?" deyirsiniz? Hələ 24 saat keçməyib, Netanyahuya çox yaxın bir jurnalist nə dedi, bilirsinizmi? "Artıq İranı bitirdikdən sonra hədəfimiz Türkiyədir". Bu qədər aydındır. Mən demirəm, onlar deyirlər. İllərdir bunu deyirəm. Onlar İsraildən daha güclü bir Türkiyəni əsla qəbul etməzlər”.

 

Haberler.com

Aygün Babayeva

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər