00:00:00
Yazar
Ayşən Səlimova
04.03.2026 20:29 13 2 dəq oxuma
Dünya

İranın bəyanatı: Hərbi əməliyyatlar dayanacaq?

İranın bəyanatı: Hərbi əməliyyatlar dayanacaq?

İran rəsmilərinin son açıqlamasında bildirilib ki, İsrail və ABŞ yaxın günlərdə İrana qarşı hərbi əməliyyatları dayandırmaq məcburiyyətində qalacaq. Bu bəyanat regionda onsuz da yüksək olan gərginliyi daha da artırıb. Yaxın Şərqdə baş verən hadisələr fonunda tərəflər arasında qarşılıqlı ittihamlar və güc nümayişi davam edir.

 

Mövzu ilə bağlı politoloq Zeynal Əmrəliyev “İnformator.az” saytına açıqlamasında bildirib ki, İranın hazırkı strategiyası müharibənin arealını genişləndirməkdən ibarətdir:

 

“Tehran maksimum şəkildə ərəb ölkələrinə zərbələr endirməyə çalışaraq ABŞ və İsrailin müttəfiqi olan bu dövlətlərdə vəziyyəti gərginləşdirməyi hədəfləyir. Məqsəd ondan ibarətdir ki, həmin ölkələr Vaşinqton və Təl-Əvivə təzyiq göstərsinlər və müharibənin dayandırılmasına nail olunsun. İranı bu istiqamətdə həvəsləndirən və müharibənin tezliklə bitəcəyinə inandıran əsas amil də məhz budur. İran hesab edir ki, ərəb ölkələrində yerləşən ABŞ hədəflərinə dəqiq zərbələr endirə bilməsi təzyiq mexanizmini gücləndirir və nəticədə hərbi əməliyyatların dayandırılmasına səbəb ola bilər. Lakin burada başqa mühüm məqam da var. Bu, ABŞ və İsrailin İranın nüvə proqramını və uzaqmənzilli raket istehsal edən obyektlərini tam sıradan çıxarmadan əməliyyatları dayandırmaq istəməməsidir. Əvvəlki 12 günlük qarşıdurma zamanı da ABŞ və İsrail qarşıya qoyduqları bütün məqsədlərə tam nail ola bilməyiblər. Hazırda oxşar proses yaşanarsa, gələcəkdə yenidən ABŞ və İsrailin İrana qarşı hərbi əməliyyatlara başlaması ehtimalı qalır. Bu əməliyyatlar lokal xarakter daşıya və zaman-zaman təkrarlana bilər. Burada əsas hədəflər kimi İranın nüvə obyektlərinin sıradan çıxarılması, uzaqmənzilli raket istehsalı infrastrukturunun məhv edilməsi və hərbi potensialının zəiflədilməsi göstərilir. Digər mühüm məqsəd isə ölkədə mövcud rejimin dayaqlarının sarsıdılması və onun zəiflədilməsinə şərait yaradılmasıdır. Bu baxımdan, proseslərin yaxın perspektivdə də tam dayanacağı ehtimalı az görünür və lokal xarakterli əməliyyatların davam etməsi mümkündür”.

 

Cavahir Əsgərbəyli

#bəyanatı: #xəbər #gündəm #dayanacaq?
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər