İranın cavab hücumu İsrailin keçmiş nazirinin evinə də dəyib
İranın cavab hücumunda İsrailin keçmiş səhiyyə naziri Denny Navehin evinin də vurulduğu açıqlanıb.
Kanal 12 televiziyası İranın son hücumlarında Navehin evinin vurulduğunu və ciddi ziyan gördüyünü bildirib.
“İsrael Bonds” maliyyə şirkətinin də idarəçisi olan və xaricdə olduğu bildirilən Naveh “Bu gün evimizə ciddi ziyan dəyib və içəridəki insanlar möcüzə nəticəsində sağ qalıb”,- deyib.
İsrailin İrana şiddətli hücumları ilə başlayan münaqişə
İyunun 13-də İsrail İranın müxtəlif şəhərlərindəki nüvə obyektlərini, eləcə də ordunun yüksək komandanlığını hədəf alan irimiqyaslı hücumlar həyata keçirib.
Hücumlarda İranın Baş Qərargah rəisi, İnqilab Keşikçiləri Korpusunun Baş Komandanı, bəzi yüksək səviyyəli komandirlər və 9 nüvə alimi həlak olub, mülki itkilərin ümumi sayı isə 224 olaraq açıqlanıb.
İran ordusunun İsrailə ballistik raketlərlə cavab verməsi nəticəsində 24 nəfərin öldüyü, 500-dən çox insanın yaralandığı bildirilib.
Başda Türkiyə olmaqla bir çox ölkə İsraili qınayıb.
Mənbə: TRT Haber
Xədicə Məhərrəmli