00:00:00
Yazar
Admin User
09.08.2025 12:58 67 1 dəq oxuma
Siyasət

İranın ikili standartları açıq görünür

İranın ikili standartları açıq görünür

İran İslam Respublikası Cənubi Qafqaz regionunda baş verən prosesləri yaxından izləyir və Azərbaycan, Ermənistanla təmasdadır. Bu barədə İran Xarici İşlər Nazirliyinin bəyanatında bildirilib.

 

“İnformator.az” saytına açıqlamasında politoloq Əziz Əlibəyli hesab edir ki, İranın ABŞ-yə münasibətdə ehtiyatlı, Azərbaycana qarşı isə sərt mövqe sərgiləməsi diqqət çəkir.Onun sözlərinə görə, Vaşinqtonun hərbi planları və bu istiqamətdə fəaliyyət göstərən qruplaşmalar barədə İran açıq mövqe ortaya qoya bilmir:



“İranın milli maraqlarına aid sahələrə müdaxilə olduğu halda belə, ABŞ mövzusu olanda ehtiyatlı danışırlar. Azərbaycan məsələsində isə təhdid və təzyiq dilindən istifadə edirlər”.


Ə.Əlibəyli qeyd edib ki, İran, ABŞ-yə qarşı kəskin mövqe nümayiş etdirməkdən çəkinir:


“İran-İsrail qarşıdurmasında aldığı son zərbələri hələ unutmamışıq. Qarşılarında güclü tərəf olanda mövqelərini yumşaldır, hətta yaltaqlanmağa qədər gedirlər”.


Ayan Əsgərova

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər