İranın nəhəng neft-kimya zavodu vurulub
ABŞ və İsrail qüvvələri İranın Cənubi Pars neft və qaz yatağında yerləşən neft-kimya zavoduna hücum edib.
"İnformator.az" xəbər verir ki, bu barədə “Fars” agentliyi məlumat yayıb.
İsrailin müdafiə naziri israil Katz da neft-kimya müəssisəsinin vurulduğunu təsdiqləyib:
"İsrail Müdafiə Qüvvələri İranın Əsəluya şəhərində yerləşən ən böyük neft-kimya müəssisəsinə güclü zərbə vurdu", -Katz bildirib.
Onun sözlərinə görə, hazırda İranın neft-kimya ixracatının təxminən 85%-ni təşkil edən hər iki müəssisə sıradan çıxıb və işləmir:
“Söhbət on milyardlarla dollar dəyərində qiymətləndirilən ən ağır iqtisadi zərbədən gedir".