00:00:00
Yazar
Ayşən Səlimova
02.03.2026 21:53 15 2 dəq oxuma
Dünya

İranın qırmızı bayraq qaldırması doğrudanmı real təhlükədir, yoxsa sadəcə simvolik addım?

İranın qırmızı bayraq qaldırması doğrudanmı real təhlükədir, yoxsa sadəcə simvolik addım?

Bu bayrağın qaldırılması o deməkdir ki, İran rəsmən qisas almağa hazırdır. Daha əvvəl bu ritual 2025-ci ilin iyununda İsraillə "12 günlük müharibə" zamanı icra edilib.

 

Mövzu ilə bağlı siyasi şərhçi Azər Həsrət “İnformator.az” a açıqlamasında bildirib ki, İranın qırmızı bayraq qaldırması əlbəttə simvolikdir:

 

 

“Çünki edə biləcəyi bir şey varsa, müharibə də etsin. Biz də görək ki, bir şey edə bilir. İranın İsrailə və Amerika Birləşmiş Ştatlarına qarşı edə biləcəyi heç bir şey yoxdur. İndi qırmızı bayraq yüksəltsələr nə olacaq? O bayraq nəyi həll edir ki? Ümumiyyətlə, İran bu saat dalana dirənib. Onun vəziyyətdən çıxması üçün də artıq normal ağlı başında bir liderə ehtiyacı var. Əlbəttə ki, o Rza Pəhləvi deyil. Hazırkı vəziyyətdə kənardan heç lider axtarmağa ehtiyac yoxdur. Prezident Məsud Pezeşkiyana tam olaraq səlahiyyət versələr, məncə, vəziyyətdən çıxa biləcəklər. İranın qırmızı bayraq qaldıraraq qisas alacağını elan etməsi beynəlxalq ictimaiyyətdə hər hansı reaksiya doğurmur. Çünki əvvəl də belə hal olub. Yəni həmişə bayraq qaldırıblar, qisas alacaqlarını deyiblər, amma edə biləcəkləri bir şey olmayıb. İllər öncə İranın generalı Qasım Süleymani öldürüləndə də, onlar qisas alacaqlarını iddia ediblər. Amma reallaşmayıb. Çünki onları öldürənlər o qədər güclü qüdrətlidir ki, İran onlardan sadəcə olaraq qisas ala bilmir. Amerika Birləşmiş Ştatlarından necə qisas alacaq? Hansı gücü ilə qisas alacaq? Bilirsiniz ki, Azərbaycanın içində bəli bir kəsim hələ də İran, İranın ali dini rəhbərliyinə, yəni molla rejiminə rəğbəti ilə seçilir. Həmin kəsim elə bu günlərdə də çox fəaldır. İddia edirlər ki, nə bilim, dinimiz əldən gedir, müsəlman qardaşlarımızı öldürürlər və başqa. Belə boş-boş iddialarla Azərbaycan cəmiyyətini hərəkətləndirmək istəyirlər. Amma biz də çağırışlar edirik ki, orada baş verənlərə neytral qalmaq lazımdır. İndiki şəraitdə, əlbəttə, amma gələcəkdə çox da yaxın gələcəkdə, həm də İranın daxilində baş verəcəklərə neytral qala bilməyəcəyik, çünki orada yenidən şəkillənmə gedəcək. İranda bizim soydaşlarımızın taleyi həll ediləcək. Əlbəttə ki, elə bir mərhələdə artıq Azərbaycan vətəndaş cəmiyyəti və hətta dövləti belə neytral qala bilməyəcək. Biz ona hazır olmalıyıq. İndiki şəraitdə isə İranla İsrail və Amerika Birləşmiş Ştatları öz münasibətlərini aydınlaşdırsınlar. Biz qarışmayaq”.

 

Selcan Xudiyeva

#azərbaycan #baki #sadəcə #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər