İranın sülh dəstəyi və regional təsirləri
BMT Baş Assambleyasında çıxışı zamanı İran Prezidenti Məsud Pezeşkian bildirib ki, İran Azərbaycanla Ermənistan arasında sülh prosesini dəstəkləyir. O, qeyd edib ki, bölgədə sabitliyin və təhlükəsizliyin təmin olunması əməkdaşlıq, etimad və qarşılıqlı fəaliyyət üzərində qurulmalıdır. Bu mövzu hazırda regionun geosiyasi gündəmində mühüm yer tutur.
Mövzu ilə bağlı politoloq Əziz Əlibəyli "İnformator.az"a açıqlamasında bildirib ki, İranın bu məsələlərdə dəstəyi açığı mümkün deyil:
"Tehran yalnız müəyyən praktiki fayda baxımından prosesdə iştirak edə bilər. Ən azından faydası o ola bilər ki, bölgədəki kommunikasiya xətləri narkotik yoluna çevrilməsin və dini terrorizm ixrac edilməsin. Bölgədə sabitliyin qorunması investisiya üçün əlverişli mühit formalaşdırar. Təhlükəsizlik məsələsi burada ən mühüm şərtlərdən biridir. İranın mövqeyi müəyyən mənada beynəlxalq vasitəçilik təşəbbüslərinə də təsir göstərə bilər. Bu təsir daha çox İranın mövqeyindən yox, ölkənin regional vəziyyətindən irəli gəlir. İran-İsrail müharibəsindən sonra İranın regional gücü zəifləyib və bu, xüsusən də Qafqaz cəbhəsində özünü göstərib".
Sura Əliyeva
