İranın səması üzərində İsrail PUA-sı vurulub
Bu gün İran İslam İnqilabı Keşikçiləri Korpusu (“Sepah”) Lorestan əyalətində yerləşən Xürrəmabad şəhəri yaxınlığında İsrailin “Hermes” pilotsuz uçuş aparatının (PUA) vurulduğunu bildirib.
“İnformator.az" ” “Times of Israel”ə istinadən verdiyi məlumata görə, İsrail Müdafiə Qüvvələri (IDF) Komandanlığı bu məlumatı təsdiqləyib.