İranın suverenliyinin pozulması qəbuledilməzdir
Türkiyə, kimdən gəlməsindən asılı olmayaraq, İranın suverenliyinə və regionun təhlükəsizliyinə edilən hücumları qəti şəkildə qəbul etmir.
Bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bəyan edib.
Dövlət başçısı qeyd edib ki, Ankara bu məsələdə mövqeyini və reaksiyasını açıq şəkildə ortaya qoyub.
Prezident Ərdoğan bildirib ki, Türkiyə İsrailin və onun tərəfdarlarının qonşu İran üzərinə hücumlarının daha geniş miqyaslı fəlakətə çevrilməsinin qarşısını almaq üçün fəal səylər göstərir.
Anadolu Agency
Ayan Əsgərova